Azərbaycan Premyer Liqasının 1-ci turunun “Turan Tovuz”la oyunu “Qəbələ”nin iki futbolçusu üçün debütlə əlamətdar olub.
Qol.az klubun saytına istinadən xəbər verir ki, Rauf Rüstəmli və Ramon Maçado ilk dəfə “qırmızı-qaralar”ın heyətində rəsmi matça çıxıb. Bununla da klub tarixində forma geyinən futbolçuların ümumi sayı 271-ə çatıb. Onlardan 252-si Premyer Liqada şans qazanıb.
Rauf “Qəbələ”nin heyətində Premyer Liqada 19 yaşadək debüt edən 18-ci oyunçudur. 18 yaş 9 ay 7 günlüyündə meydana çıxan yarımmüdafiəçiyədək 17 oyunçu belə gənc yaşında çempionat həyəcanı yaşayıb. Rekord Elnur Mustafazadəyə məxsusdur – 16 yaş 7 ay 25 gün. Nuran Qurbanov (17 yaş 6 ay 19 gün) və Roman Hüseynov (17 yaş 7 ay 19 gün) da ən gənc üç oyunçu sırasında yer alıb. Rauf bu sıralamada 16-cıdır.
Ramon isə klub tarixində 17-ci braziliyalı legionerdir. “Sambaçılar” arasında rekord Dodoya məxsusdur – 161 oyun. Rafael Santos 104, Rikardinyo 69 dəfə “Qəbələ” forması geyinib.
Xatırladaq ki, “Qəbələ” mövsümə 2:0 hesablı qələbə ilə başlayıb.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
“VAR qaydanı bilmirsə, vəzifəsindən getməlidir”
Azərbaycan millisi Moldovaya məğlub oldu
1-ci liqada hakim təyinatları açıqlandı
Salah “Trabzonspor”da rekorda imza atdı