"Qarabağ"ın qələbəsi sürpriz deyil" - Yuri Syomin

"Qarabağ"ın qələbəsi sürpriz deyil" - Yuri Syomin
XƏBƏR 10 Avqust 2022 / 14:13 8978
-  A +

"Qəbələ"nin və Rusiya millisinin sabiq baş məşqçisi Yuri Syomin "Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"una qalib gələrək (3:1, ilk oyun - 1:1) mərhələ adlaması barədə danışıb. 

Qol.az tass.ru-ya istinadən xəbər verir ki, mütəxəssis deyib: 

"Qarabağ"ın "Ferentsvaroş"a qalib gəlməsi sürpriz deyil. Nəticəni gördüm. Yalnız onu deyə bilərəm ki, "Ferentsvaroş" yaxşı komandaya uduzdu. "Qarabağ" ciddi və təcrübəli komandadır".

Qeyd edək ki, Yuri Syomin 2013/2014 mövsümündə "Qəbələ"nin baş məşqçisi olub.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner