“İndi heç nəyi dəyişə bilmərik. Hamı əsəbiləşir, amma təəssüf ki, bu matç bitdi. Özümü təxminən 3 il əvvəl Zaqreb “Dinamo”su ilə səfərdə 1:1 hesablı heç-heçə edəndən sonra evdə 4 qol buraxdığımız oyundakı və ya Avropa Liqasının qrup mərhələsində “Ludoqorets”ə 0:3 hesabı ilə uduzduğumuz matçdakı kimi hiss etdim".
Qol.az xəbər verir ki, bu sözləri "Ferentsvaroş"un (Macarıstan) kapitanı Deneş Dibus Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində evdə "Qarabağ"a uduzaraq (1:3, ilk matç - 1:1) mübarizəni dayandırdıqları cavab oyunu barədə danışarkən deyib. Qapıçının sözlərinə görə, Ağdam təmsilçisi oyun baxımından "Ferentsvaroş"dan üstün olub: “İlk hissədə şanslarımız oldu, amma qol vura bilmədik. Hesabı bərabərləşdirmək vacib idi. Hesabı bərabərləşdirsəydik, matçın mənzərəsi, təbii ki, fərqli olardı. Düşüncə, sürət, dinamiklik, aqressivlik, taktika baxımından hər iki hissəyə pis başladıq. “Qarabağ” demək olar ki, hər şeydə bizdən üstündür. Bunu etiraf etmək lazımdır. İki matça əsasən, ən yaxşı olan komanda mərhələ adladı. Bu oyun göstərdi ki, Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparmağa hazır deyilik”.
Dibus öz komandasının çıxışı ilə bağlı deyib: “Bu qədər ciddi səhvləri görmək əsəbiləşdirici idi və soyuqqanlılığımı saxlamaq mənim üçün çətin oldu. Çox pis qərarlar verdik, tez-tez səhv mövqedə qaldıq. Topu qazanmaq bizim üçün çox çətin olurdu. Top mərkəzə və ya hücum xətlərinə keçən kimi qonaq futbolçular artıq irəliyə getməyə hazır idilər. Üstəlik, uzun ötürmələrdən sonra tez-tez hücuma keçirdilər. Bunun qarşısını almağın nə qədər vacib olduğunu bilsək də, yenə də ayaqlaşa bilmədik. Uğursuz oynadıq, amma “Qarabağ” yaxşı idi, matça ən yaxşı şəkildə başladı. Onlar intensiv oynadılar və fərdi ustalıqları sayəsində qol vəziyyətlərindən yaxşı yararlandılar. Bunu demək çətindir, amma məncə, “Qarabağ” daha güclüdür”.
Qattuzo qovulacaq
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...
İraqda milli komandaya görə 2 gün iş olmayacaq
Ançelotti Modriçə: "Sənin braziliyalı baban var?"
Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
"Oyunçularıma dedim ki, gedin və əylənin"
Qattuzo üzr istədi
Ronaldosuz Portuqaliya ABŞ-ı məğlub etdi
“Qələbəni tənqid ediriksə, məğlub olsaq, nə edərdik?”
Montelladan DÇ-2026 açıqlaması
Braziliya Xorvatiyaya qalib gəldi
Messi onlara da qol vurdu - 902 oldu
Tarixin ən uğursuz İtaliya millisi
DÇ-2026-nın bütün iştirakçıları müəyyənləşdi
Ərdoğan millini təbrik etdi
Millətlər Liqası: Lüksemburq və Latviya C Liqasında qaldılar
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?