Azərbaycan İslamiadada daha bir medalı təmin etdi

Azərbaycan İslamiadada daha bir medalı təmin etdi
XƏBƏR 10 Avqust 2022 / 11:27 1582
-  A +

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında 4-cü medalını təmin edib. 

Qol.az xəbər verir ki, buna taekvandoçumuz Patimat Abakarova (49 kq) nail olub. O, nigeriyalı Farida Saumana qalib gəlməklə yarımfinala yüksəlib. Beləliklə, Patimat ən azı bürünc medalı təmin edib. 

Qeyd edək ki, daha əvvəl Anna Skidan çəkicatmada qızıl, taekvondoçu Həşim Məhəmmədov bürünc, üçtəkanla tullanmada Aleksis Kopello gümüş medala sahib çıxıb.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner