"Meydanda özümüzü göstərə bilmədik" - Stanislav Çerçesov

"Meydanda özümüzü göstərə bilmədik" - Stanislav Çerçesov
XƏBƏR 10 Avqust 2022 / 01:00 12899
-  A +

“Bu gün meydanda özümüzü göstərə bilmədik. Əvvəldən matça düzgün yanaşmadıq. Və oyun planladığımız kimi getmədi".

Qol.az xəbər verir ki, bu sözləri "Ferentsvaroş"un (Macarıstan) baş məşqçisi Stanislav  Çerçesov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində evdə "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis özlərindən daha üstün olan rəqibə uduzduqlarını söyləyib: "Deməliyəm ki, bu, layiqli məğlubiyyətdir. Belə matçdan sonra emosiyalara qapıla bilərsən, ona görə də indi bir addım geri çəkilməliyəm. Sakitcə yenidən matçı izləməliyəm və yalnız bundan sonra onu düzgün dəyərləndirə bilərəm.

Oyunçular üçün ayrıca sözlərim var idi. Lakin onlar mənim oyunçularımdır və mənim futbolçularım dünyanın ən yaxşısıdır”.

Qeyd edək ki, "Ferentsvaroş" iki oyunun nəticəsinə əsasən "Qarabağ"a uduzaraq (1:1, 1:3) ÇL-də mübarizəni dayandırıb. Macarıstan təmsilçisi Avroliqanın pley-offunda iştirakına davam edəcək.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner