Bakıda 5 ildən sonra yenidən Çempionlar Liqasının himni səslənəcək

Bakıda 5 ildən sonra yenidən Çempionlar Liqasının himni səslənəcək
XƏBƏR 10 Avqust 2022 / 00:41 9129
-  A +

Bakıda 5 ildən sonra yenidən Çempionlar Liqasının himni səslənəcək.

Qol.az xəbər verir ki, bu, "Qarabağ" ÇL-də pley-offa yüksəldiyi üçün baş verəcək. ÇL-in 3-cü təsnifat mərhələsində evdə Macarıstan "Ferentsvaroş"u ilə 1:1 hesablı heç-heçə edən Ağdam təmsilçisi cavab görüşündə 3:1 hesabı ilə qalib gələrək pley-offa adını yazdırıb.

ÇL-in himni turnirin pley-off mərhələsindən etibarən səsləndirilməyə başlayır.

Qeyd edək ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 2017/2018 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsində  Danimarka "Kopenhagen"inini səfər qolu (1:0, 1:2) sayəsində mübarizədən kənarlaşdırıb.  Komanda həmin mövsüm turnirin qrup mərhələsinə yüksəlib.

Xatırladaq  ki, "Qarabağ" pley-offda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qarşılaşacaq. Bu mərhələnin ilk oyunları 16-17 avqustda, cavab matçları 23-24 avqustda keçiriləcək.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner