"Qarabağ"ın "Ferentsvaroş"u keçməklə avrokuboklarda qazandığı üstünlüklər

"Qarabağ"ın "Ferentsvaroş"u keçməklə avrokuboklarda qazandığı üstünlüklər
XƏBƏR 10 Avqust 2022 / 00:02 16239
-  A +

Macarıstan "Ferentsvaroş"unu mübarizədən kənarlaşdıraraq (1:1, 3:1) Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn "Qarabağ” avrokuboklarda üstünlük əldə edib.

Qol.az xəbər verir ki, Ağdam klubu ən azı Avropa Liqasının qrupunu və həmin turnirin mükafatı kimi  3,63 milyon avronu avtomatik olaraq təmin edib.

Həmçinin, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Çempionlar Liqasının qrup mərhələsində bir mərhələ də yaxınlaşıb. Komanda ÇL-in pley-offunda "Viktoriya" (Çexiya) ilə qarşılaşacaq. 

“Qarabağ” pley-offda uduzacağı halda belə, Avropa Liqasının qrupunda mübarizəni davam etdirəcək. Yəni, "Qarabağ" ardıcıl 9-cu dəfə avrokubokların qrupunda çıxış edəcək.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner