"Kəpəz"in kapitanı Tural Axundov klubun mətbuat xidmətinə açıqlama verib.
Qol.az xəbər verir ki, o, komandanın yenidən elitada çıxış etməsinə görə sevindiyini deyib: "Bunun daimi olması arzulanandır. Komanda həmişə yaxşı yerlərdə mübarizə aparsın".
“Sarı-göylər”in kapitanı Tural Axundov klubun mətbuat xidmətinə açıqlamasının davamında çempionatda ilk oyunların həmişə çətin olduğunu bildirib. O, məğlubiyyətə baxmayaraq görüşə yaxşı kökləndiklərini deyib: “Oyun yaxşı alındı. Qələbə də qazana bilərdik, heç-heçənin olması da mümkün idi. Çalışacağıq ki, növbəti görüşlərdə qələbə qazanıb azarkeşlərimizi sevindirək. Nəticələrimizin yaxşı olması üçün maksimum şəkildə bacarığımızı ortaya qoyacağıq”.
“Zirə”yə qarşı matçda “Kəpəz” komandanı məğlubiyyətə aparan qolu oyunun son anlarında buraxıb. Kapitan azlıqda qalan rəqiblə görüşdə hesabı qorumağa nəyin mane olduğunu belə izah edib: “Çox çalışdıq ki, sərfəli nəticə qazanaq. Hesab 1:1 olanda qol da vurduq. Amma vəziyyət ofsayd hesab olunduğundan qeydə alınmadı. Hesab başqa cür də ola bilərdi. Komanda yeni yığılıb. Əslində qələbə qazanmaq üçün alışıb-yanırdıq. Ona görə də irəli atıldıq, amma öz qapımızdan qol buraxdıq. Çox məyus olmuşduq. Bu, bizə dərs oldu. Çatışmayan cəhətlərimizin üzərində çalışıb nöqsanları aradan qaldıracağıq. Baş məşqçimiz də kimin hansı səviyyədə olduğunu gördü. Zəif yerlərimizi gücləndirməliyik. Hamımız əl-ələ verib bir olmalı və komanda olaraq daha yaxşı şəkildə mübarizə aparmalıyıq”.
Beş ildən sonra “Kəpəz”i kapitan kimi meydana çıxaran Tural Axundov bu haqda da danışıb: “Kapitanlıq əlavə məsuliyyət deməkdir. Həm meydanda, həm də ondan kənarda. Kapitan hər yerdə ən yaxşı tərəfdən özünü göstərməlidir. Sarğı qolumda olduğu üçün oyunda yaxşı hisslər keçirdim. Mənə etimad göstərən klub rəhbərliyinə, məşqçilərə minnətdarlığımı bildirirəm. Çalışacağam ki, kapitanlığın haqqını verim".
Qattuzo qovulacaq
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...
İraqda milli komandaya görə 2 gün iş olmayacaq
Ançelotti Modriçə: "Sənin braziliyalı baban var?"
Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
"Oyunçularıma dedim ki, gedin və əylənin"
Qattuzo üzr istədi
Ronaldosuz Portuqaliya ABŞ-ı məğlub etdi
“Qələbəni tənqid ediriksə, məğlub olsaq, nə edərdik?”
Montelladan DÇ-2026 açıqlaması
Braziliya Xorvatiyaya qalib gəldi
Messi onlara da qol vurdu - 902 oldu
Tarixin ən uğursuz İtaliya millisi
DÇ-2026-nın bütün iştirakçıları müəyyənləşdi