Taekvandoçumuz İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazandı - Yenilənib

Taekvandoçumuz İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazandı - Yenilənib
XƏBƏR 9 Avqust 2022 / 17:23 1960
-  A +

Azərbaycan taekvandoçusu Qaşım Maqomedov (58 kq)  Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında  bürünc medal qazanıb. 

Qol.az xəbər verir ki, o, yarımfinalda mübarizəni dayandırıb. Beləliklə, Maqomedov bürünc medalla kifayətlənib.

Qeyd edək ki, Azərbaycan yarışda ilk medalını dünən qazanıb. Anna Skidan çəkicatma növündə bütün rəqiblərini qabaqlayaraq, qızıl medalın sahibi olub.

*        *        *

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında 2-ci medalını təmin edib. 

Qol.az xəbər verir ki, buna taekvandoçumuz Qaşım Maqomedov (58 kq) nail olub. O, Pakistan təmsilçisi Xan Haruna qalib gələrək yarımfinala yüksəlib. Maqomedov yarımfinala vəsiqə qazandığı üçün ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, Azərbaycan yarışda ilk medalını dünən qazanıb. Anna Skidan çəkicatma növündə bütün rəqiblərini qabaqlayaraq, qızıl medalın sahibi olub.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner