"Ferentsvaroş"un (Macarıstan) sabiq futbolçusu Kristian Listeş komandanın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində bu gün evdə "Qarabağ"la keçirəcəyi cavab oyunu haqqında danışıb.
Qol.az nemzetisport.hu-ya istinadən xəbər verir ki, o, Ağdam təmsilçisinin futbolçularının fərdi ustalıqlarının yüksək səviyyədə olduğunu deyib:
“Mən irəliləyiş gözləyirəm! İlk oyunda da görmək olardı ki, “Qarabağ”ın futbolçuları fərdi olaraq çox bacarıqlıdırlar. Onlar sürətlidirlər. Üstəlik, rəqibin 2 əsas futbolçusu da geri qayıdır. Ona görə də "Ferentsvaroş" bütün oyun boyu diqqətini maksimum cəmləməlidir. Keçən həftə ilk matçda yüksək rütubət var idi və şərtlər çətin idi. Amma hər iki komanda balanslı bir matç oynadı. Mən indi də eynisini gözləyirəm. Çox yaxın mübarizə keçəcək, amma optimistəm".
Listeş yerli azarkeşlərin dəstəyinin "Ferentsvaroş"a kömək ola biləcəyini vurğulayıb: "Ferentsvaroş" yaxşı formadadır, oyunçular motivasiyalıdır. Fantastik azarkeşlər "Qroupama Arena"da komandaya çox kömək edə bilər. Mən özüm də yerimdə alqışlayacağam. Məqsəd Çempionlar Liqasının qrup mərhələsinə düşməkdir. "Ferentsvaroş" "Qarabağ"ı keçsə, artıq Avropa Liqasının qrup mərhələsini təmin edəcək. Bu da kiçik uğur sayılmayacaq. Bu oyunda konsentrasiya çox vacib olacaq. Oyun ciddi səhvlər olmadan tamamlanmalıdır. “Qarabağ” topa sahib olmağı sevir, amma bu baxımdan iki komandanın üslubları arasında elə də böyük fərq olduğunu düşünmürəm. Stanislav Çerçesovun hansı taktikadan istifadə etdiyini bilmirəm, amma onun düzgün taktika tapacağına əminəm. Çətin matç olacaq”.
Qeyd edək ki, bu gün "Qroupama Arena"da keçiriləcək "Ferentsvaroş" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.
Qattuzo qovulacaq
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...
İraqda milli komandaya görə 2 gün iş olmayacaq
Ançelotti Modriçə: "Sənin braziliyalı baban var?"
Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
"Oyunçularıma dedim ki, gedin və əylənin"
Qattuzo üzr istədi
Ronaldosuz Portuqaliya ABŞ-ı məğlub etdi
“Qələbəni tənqid ediriksə, məğlub olsaq, nə edərdik?”
Montelladan DÇ-2026 açıqlaması
Braziliya Xorvatiyaya qalib gəldi
Messi onlara da qol vurdu - 902 oldu
Tarixin ən uğursuz İtaliya millisi
DÇ-2026-nın bütün iştirakçıları müəyyənləşdi