Futzal millimizin heyəti açıqlandı

Futzal millimizin heyəti açıqlandı
XƏBƏR 9 Avqust 2022 / 11:31 1875
-  A +

Avqustun 9-dan 20-dək Bakıda təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandası 2 yoldaşlıq oyununda gücünü sınayacaq. 

Qol.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, futzalçılarımız avqustun 17-də və 19-da Bakı İdman Sarayında Türkmənistan yığması ilə qarşılaşacaq. Hər iki matç saat 18:00-da start götürəcək.

Baş məşqçi Joze Alesio Da Silva hazırlıq prosesinə daha çox  milliyə namizəd futzalçıları dəvət edib.

Qapıçılar: Emin Kürdov (klubsuz), Azər Fərmanov (Araz-Naxçıvan), Zaur Sultanov (U-19)

Oyunçular: İsa Atayev, Xətai Bağırov (hər ikisi “Beşiktaş Gent”, Belçika), Oruc Baxşəlizadə, Nurlan Mehdizadə, Fərid Atakişiyev (hamısı Neftçi İK), Fuad Məmmədzadə, Novruz Kazıxanov, Nurlan Məmmədov, Məhəmməd Abbasov, Mikayıl Qiyasov (hamısı U-19), Murad Quluzadə (Baku Fire).


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner