"Ferentsvaroş"un Avroliqanın pley-offundakı rəqibi bilindi

"Ferentsvaroş"un Avroliqanın pley-offundakı rəqibi bilindi
XƏBƏR 10 Avqust 2022 / 01:25 17336
-  A +

Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Qol.az xəbər verir ki, ilk oyun günündə 1 görüş keçirilib. Şimali Makedoniya "Şkupi"si evdə İrlandiyanın "Şemrok Rovers" klubunu sınağa çəkib. Dublindəki ilk matçda  3:1 hesablı qələbə qazanan "Şemrok Rovers" cavab görüşündə də 2:1 hesabı ilə qalib gələrək pley-offa yüksəlib.

Komanda Avroliqanın pley-offunda ÇL-in 3-cü təsnifat mərhələsində "Qarabağ"a uduzan "Ferentsvaroş"la (Macarıstan) qarşılaşacaq.

UEFA Avropa Liqası, 3-cü təsnifat mərhələsi

Cavab oyunu

9 avqust

23:00. "Şkupi" (Şimali Makedoniya) - "Şemrok Rovers" (İrlandiya) - 1:2

Qol: Qaffnet, 65 (0:1), Emakhu, 84 (0:2), Adetunji, 90+4 (1:2)

İlk oyun - 1:3


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner