"Azarkeşlər oyunun ağırlığını hiss edirlər" - “Ferentsvaroş”un prezidenti

"Azarkeşlər oyunun ağırlığını hiss edirlər" - “Ferentsvaroş”un prezidenti
XƏBƏR 8 Avqust 2022 / 22:49 4512
-  A +

Macarıstan “Ferentsvaroş”unun prezidenti Qabor Kubatov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la cavab oyunu öncəsi fikirlərini bildirib.

Qol.az Macarıstan mətbuatına istinadən xəbər verir ki,  o, duelin iki matçdan ibarət olduğunu deyib: "Slovan"la oyunda da bir dəqiqə belə ruhdan düşmədik və nəticə qazandıq. Azarkeşlər qarşılaşmanın ağırlığını hiss edirlər. Futbolçularımız da oyunun əhəmiyyətinin fərqindədirlər. Odur ki, azarkeşlərimiz qazanacağımız uğuru canlı izləmək şansını qaçırmamalıdır”.
 
Qeyd edək ki, sabah Macarıstanda keçiriləcək "Ferentsvaroş" – "Qarabağ" matçına Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında ilk görüş 1:1 hesabı ilə başa çatıb.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner