"Çox gözəl şəhərə gəlmişik və əla stadion gördüm. Belə bir arenada yaxşı oyun göstərməliyik. Hər iki komanda çox istəklidir. Biz buraya böyük inamla gəlmişik. Rəqib çox yaxşı təşkilatlanmış komandadır, bacarıqlı oyunçuları var. Futbolçularıma inanıram. Sonadək mübarizə aparacağıq”.
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində səfərdə Macarıstan "Ferentsvaroş"u ilə cavab oyunundan öncə mətbuat konfransında deyib.
Mütəxəssis əvvəlki illərə nisbətən bu mövsüm ilk mərhələdən ciddi rəqiblərlə qarşılaşdıqlarını söyləyib: "Ferentsvaroş" 3-cü təsnifat mərhələsinə keçibsə, deməli, səviyyəli komandadır. Heyətində sıradan futbolçu yoxdur. Hər xətdə bacarıqlı və usta oyunçuları, həmçinin, hamımızın hörmət etdiyimiz baş məşqçiləri var. Bu rəqib əvvəlkilərdən güclü ola bilər. Amma biz dəfələrlə özümüzdən yaxşı komandalara qarşı çəkinmədən oynamışıq. Bu cür kollektivlərlə mübarizə aparmaq bizim üçün xoşdur".
Onun sözlərinə görə, hər oyun komandası üçün futbol döyüşüdür: "Meydanda vuruşmasaq, istədiyimiz nəticəni əldə edə bilmərik. Böyükhesablı qələbələr il ərzində nadir hallarda olur. Çempionlar Liqasında çox diqqətli olmalıyıq. Son vaxtlar elə üslubda oynayırıq ki, böyük hesabla uduza da bilərik. Amma heç vaxt ehtiyatı əldən vermirik. Böyük hesab haqqında düşünmürük".
Qurbanov "Ferentsvaroş"un prezidenti Qabor Kubatovun azərbaycanlı olmadığını vurğulayıb: "Bunu özü də etiraf etdi. Amma bunun önəmi yoxdur. Biz meydanda rəqibik. Sabah cütün taleyi həll olunmalıdır".
Mütəxəssis sabah Bakıdakından daha yaxşı oynamalı olduqlarını deyib: "Qələbə üçün buna ehtiyac var. İndi rəqibi daha yaxından tanıyırıq. Stanislav Çerçesovun müsahibəsini oxudum. O da bizimlə eyni fikirdədir. Rəqib də boş durmur, gözləmədiyimiz variantlara əl atır. Mərhələ keçdikcə, daha diqqətli olmalıyıq. Qarşı tərəf də bu oyunu ciddiyə alır və hər xırdalığı müzakirə edir. Futbolçular tapşırıqlarımızı yerinə yetirmək üçün daim diqqətli olmalıdırlar. Məncə, həm taktiki, həm də mübarizə baxımından maraqlı oyun olacaq. Çox istərdim ki. azarkeşlər matçdan razı qalsınlar".
O deyib ki, "Qarabağ"ın uğurlarında çox cuzi əməyi olub? "Futbolun dili birdir. Kim oyunu düzgün idarə edirsə, o da qələbə qazanır. Qazanılan nəticələrdə meydanda tapşırıqları yerinə yetirən futbolçuların payı daha çoxdur. Etdiklərimlə bağlı fikir bildirmək istəmirəm. Bu, bizim işimizdir. Etimadı doğrultmağa və işimizi düzgün görməyə çalışırıq".
Qurbanov "Ferentsvaroş"un baş məşqçisi Stanislav Çerçesov haqda da danışıb: "Böyük təcrübəyə malikdir. Bacarıqlı, tələbkar və nizam-intizamı sevən mütəxəssisdir. Ona hörmətimiz böyükdür. Yaxşı mütəxəssislərə hər zaman dəyər vermişik".
O deyib ki, hər səfər oyunu üçün uzun yol qət etsələr də, burada ciddi problem görmür: "İllərdir bu qaydada işləyirik. Şərtlər hamı üçün eynidir. Digər rəqiblər də bizimlə oyunlara gəlmək üçün uzun yol qət edirlər".
Baş məşqçi sonda zədəli futbolçuların durumuna da toxunub: "İki müdafiəçimiz - Maksim Medvedevlə Kevin Medina oynamayacaq. Amma digərlərinin qayıtması məni sevindirir. Belədə, rotasiya etmək imkanlarımız genişlənir".
Qeyd edək ki, avqustun 9-da Budapeştdəki "Groupama Arena"da oynanılacaq "Ferentsvaroş" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyun 1:1 hesabı ilə başa çatıb.
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə