"Azərbaycan millisində oynamaq istəmirəm" - Xocaniyazov

"Azərbaycan millisində oynamaq istəmirəm" - Xocaniyazov
XƏBƏR 8 Avqust 2022 / 15:30 6313
-  A +

"Sumqayıt"dan ayrılan Cəmaləddin Xocaniyazov "RİA Novosti"yə müsahibə verib. 

Qol.az xəbər verir ki, rusiyalı yarımmüdafiəçi "Zenit"dəki (Rusiya) sabiq komanda yoldaşı Ramil Şeydayevin Azərbaycan yığmasını seçməsi haqqında fikirlərini bölüşüb. O deyib:

"Azərbaycan millisində oynamaq ehtimalım var idi. Amma bu variantı heç vaxt düşünməmişəm. Bu, onun qərarıdır. Şeydayevə hörmət edirəm. Amma mən hələlik istəmirəm".

Qeyd edək ki, Türkmənistanda doğulan uyğur əsilli Cəmaləddin Xocaniyazov 2019-cu ilin avqustundan "Sumqayıt"da oynayırdı.


Son xəbərlər