"Napoli"nin ötən mövsüm "Kremonese"də çıxış etmiş futbolçusu Canluka Qaetano İtaliya Futbol Federasiyası tərəfindən 2 oyunluq cəzalandırılıb.
Qol.az xəbər verir ki, buna səbəb onun B seriyasında "Kremonese"nin heyətində "Komo" ilə keçirdiyi matçdan əvvəl rəqibin futbolçusu Pariciniyə yazdığı votsap mesajıdır. Canluka dostuna "Cümə günü 3 xalı bizə verə bilərsiniz? deyə yumor xarakterli ismarıc göndərib. Bundan sonra "Kemonese" görüşdə 2:1 hesablı qələbə qazanıb və A seriyasına yüksəlib.
İtaliya Futbol Federasiyası məsələyə görə 22 yaşlı yarımmüdafiəçini 2 oyunluq cəzalandırıb və 4 min 500 avro məbləğində cərimələyib. Bu isə o deməkdir ki, Canluka "Napoli"nin avqustun 15-i "Verona" ilə, 21-i isə "Monza" ilə matçlarında meydana çıxa bilməyəcək.
Qeyd edək ki, italiyalı futbolçu 2019-cu ildə "Napoli" ilə peşəkar müqavilə imzalayıb. O, 2011-2019-cu illərdə bu klubun gənclərdən ibarət komandasında oynayıb.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi