"Qarabağ"ın rəqibində ayrılıq

"Qarabağ"ın rəqibində ayrılıq
XƏBƏR 6 Avqust 2022 / 11:52 4282
-  A +

"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Ferentsvaroş" (Macarıstan) futbolçusu Aleksandr Zubkovla yollarını ayırıb. 

Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi karyerasını Donetsk "Şaxtyor"unda davam etdirəcək. Onunla 5 illik müqavilə imzalanıb. 

Ukrayna millisinin də üzvü olan Aleksandr 2020-ci ildən "Ferenstvaroş"da oynayıdı. 

Qeyd edək ki, "Qarabağ" mərhələnin ilk oyununda Bakıda "Ferentsvaroş"la heç-heçə edib - 1:1. Bu komandalar arasında avqustun 9-da "Qroupama Arena"da oynanılacaq cavab görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner