Manedən yeni uğur

Manedən yeni uğur
XƏBƏR 6 Avqust 2022 / 10:59 2856
-  A +

"Bavariya"nın yeni transferi Sadio Mane klubun son 10 illik tarixində ilkə imza atıb. 

Qol.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi buna ötən gün Bundesliqanın 1-ci turunda "Ayntraxt"la görüşdə fərqlənməklə nail olub. Daha əvvəl Almaniya Superkubokunda "Leyptsiq"lə görüşdə də qapını dəqiq nişan alan Mane son 10 ildə "Bavariya" üçün ilk iki oyununda qol vurmağı bacaran birinci futbolçu adını qazanıb. 

Bundan əvvəl belə uğura 2012-ci ildə Mario Mandzukiç imza atıb.

Qeyd edək ki, Mane iyun ayında Münhen təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.


Son xəbərlər