"Ferentsvaroş"un (Macarıstan) baş məşqçisi Stanislav Çerçesov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la Bakıda heç-heçə etdikləri ilk matç (1:1) barədə danışıb.
Qol.az sport-express.ru-ya istinadən xəbər verir ki, mütəxəssis Ağdam təmsilçisinin öz meydanında yaxşı oynadığını xüsusi vurğulayıb:
“Öz meydanında xüsusilə yaxşı çıxış edən rəqibin gücünə görə matçın çətin keçəcəyini gözləyirdik. Və belə də oldu. “Slovan”la oyuna eyni start heyəti ilə çıxsaq da, taktiki düzülüşdə bir qədər dəyişiklik etdik. Bu, görüşün əvvəllərində bizə böyük fayda verdi. Nəticədə layiq olduğumuz qolu vurduq. Amma sonra qol buraxdıq. Bu gün harada səhv etdiyimizi aydınlaşdıracağıq. Cümə axşamı isə komandanın istirahət günü idi".
Çerçesov "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və futbolçusu Filip Ozobiçlə söhbət etməsinə də toxunub: "Oyundan əvvəl və sonra həmkarım Qurban Qurbanovla qısaca danışdım. Biz indiyədək tanış deyildik. Final fitindən sonra mən hazırda “Qarabağ”da və Azərbaycan millisində oynayan yarımmüdafiəçi Filip Ozobiçlə danışdım. 10 il əvvəl onu çox gənc yaşlarında “Spartak”a aparan mən olmuşam".
Çalışdırıcı bildirib ki, Bakıda havanın isti olması onlara problem yaradıb: "Matç zamanı havanın temperaturu 30 dərəcədən yuxarı qalxmışdı. Yüksək rütubəti nəzərə alaraq, saunadaymışıq kimi hiss edirdik. Sevinirəm ki, bizim uşaqlar xarakter göstərdilər. Xüsusən də zədələrə görə bir anda iki mərkəz müdafiəçisini əvəzləməli olduq. Məşqçilik karyeramda belə bir şeyin nə vaxt baş verdiyini heç xatırlamıram".
Çerçesov "Qarabağ" azarkeşlərinin Tofiq Bəhramov adına Respublika Stadionunda gözəl ab-hava yaratdıqlarını deyib: "Stadionda gözəl ab-hava hökm sürürdü. Azarkeşlər öz komandalarına necə dəstək olacaqlarını bilirlər. Axı, uzun illər əvvəl mən özüm də bu arenanın meydanına daxil olmuşam. Ona görə də burada qonaq olan futbolçular üçün oyunların nə qədər çətin keçdiyi yadımdadır".
Baş məşqçi "Qarabağ"la Macarıstanda keçirəcəkləri cavab oyunu haqında bunları söyləyib: “Qarabağ” öz üslubu olan keyfiyyətli komandadır. Budapeştdə bizi daha bir çətin görüş gözləyir. Biz həmişə olduğu kimi, tribunalarımızda şiddətli dəstək görəcəyimizə ümid edirik”.
Qeyd edək ki, avqustun 9-da "Qroupama Arena"da oynanılacaq "Ferentsvaroş" - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi
"Kəpəz" 2 yoxlama oyunu keçirəcək
“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” - Zidan
“Şəfa”nın legioneri: “Qarabağ” daha üstün oynadı” - Video
Xabi Alonso “Çelsi”də də məyus edir
“Qarabağ” hər oyunda 4-5 qol vurmaq istəyir…” - Video
Bundesliqa klubundan baş məşqçi qərarı
Qattuzo: "İkardinin "Latsio"ya transferi mümkün deyil"
Bakıda dünya çempionatı – 191 ölkə, 1000-ə yaxın oyun
De la Fuente Millətlər Liqasının yeni formatını tənqid etdi
Harri Keyn Bundesliqada tarix yazdı
“Çelsi” səfərdə məğlub oldu
“Bavariya”dan darmadağın
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
Yankoviçin qolu qələbə gətirdi - Video
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov