"Milan"ın baş məşqçisi Stefano Pioli futbolçusu Zlatan İbrahimoviç haqqında danışıb.
Qol.az xəbər verir ki, o, "La Gazetta dello Sport"a açıqlamasında 40 yaşlı hücumçunu tərifləyib:
“Hazırda Zlatan müsait deyil, amma o, bizimlə daim əlaqə saxlayır. İbrahimoviç hələ də fərq yaratmağa qadir olan əsl çempiondur. Amma indi əsas odur ki, get-gedə daha da yaxşılaşır. Çünki ötən mövsümün sonunda fiziki hazırlığı üçün çılğın qurbanlar verdi. İnsanlar bunu bilmir. Amma o vaxt Zlatan cəmi 1/4 saat məşq edə bilirdi. Onun heyrətamiz texnikası və bənzərsiz futbol zehni var. Amma ən əsası odur ki, İbrahimoviç hələ də qələbəyə acdır. Avqustun ortalarında o, tam məşqləri bərpa etmək üçün bazaya gələcək”.
Qeyd edək ki, Zlatan 2020-ci ildən A seriyası klubunun formasını geyinir. "Milan" iyulun 18-də onunla 1 illik yeni müqavilə imzalayıb.
Xatırladaq ki, İbrahimoviç 2010-2012-ci illərdə də "Milan"da oynayıb.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi