"Mançester Yunayted"in müdafiəçisi "Sevilya"da

"Mançester Yunayted"in müdafiəçisi "Sevilya"da
XƏBƏR 4 Avqust 2022 / 21:40 1945
-  A +

"Sevilya" heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az xəbər verir ki, Əndəlus təmsilçisi "Mançester Yunayted"dən Aleks Tellesi heyətinə qatıb. Bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Braziliyalı müdafiəçi 2022/2023 mövsümünü icarə əsasında "Sevilya"da keçirəcək.

Qeyd edək ki, 2020-ci ildə "Mançester Yunayted"ə "Portu"dan keçən Telles son mövsümdə "qırmızı şeytanlar"ın heyətində 26 oyuna 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner