"Emrelini tezliklə meydanda görə bilərik" - "Dinamo"nun baş məşqçisi

"Emrelini tezliklə meydanda görə bilərik" - "Dinamo"nun baş məşqçisi
XƏBƏR 4 Avqust 2022 / 20:10 3872
-  A +

Zaqreb "Dinamo"sunun baş məşqçisi Ante Çaçiç komandanın zədəli futbolçusu Mahir Emrelinin durumu barədə danışıb.

Qol.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında millimizin hücumçusunun tezliklə sıraya dönəcəyini bildirib:

"Emreli müalicənin diaqnostika mərhələsini tamamlayıb. O, tam hazır olması üçün maksimum səy göstərir. Emrelini tezliklə meydanda görə bilərik".

Qeyd edək ki, Mahir Emreli "Dinamo"nun  Xorvatiya çempionatının 3-cü turunda evdə "İstra 1961"ə 4:1 hesabı ilə qalib gəldikləri matçda zədələnib.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner