"Səbail"dən ayrıldı, Belçika klubuna keçdi

"Səbail"dən ayrıldı, Belçika klubuna keçdi
XƏBƏR 4 Avqust 2022 / 13:40 4001
-  A +

"Səbail"dən ayrılan Nikolas Rayselin yeni klubu müəyyənləşib. 

Qol.az xəbər verir ki, 29 yaşlı hücumçu karyerasını Belçikanın 2-ci liqa təmsilçisi “Dender”də davam etdirəcək. Raysel bu barədə öz sosial şəbəkə hesablarında paylaşıb. Lakin o, imzalanan müqavilənin detallarını açıqlamayıb. 

Qeyd edək ki, Raysel Azərbaycanda 2020-2021-ci illərdə "Qəbələ"də, 2021-2022-ci illərdə isə "Səbail"də oynayıb. O, bu yay paytaxt təmsilçisindən ayrılıb.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner