"Bakıdakı heç-heçədən narazı qala bilmərik"

"Bakıdakı heç-heçədən narazı qala bilmərik"
XƏBƏR 4 Avqust 2022 / 10:37 4430
-  A +

"Ferentsvaroş"un (Macarıstan) kapitanı Deneş Dibus Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la Bakıda heç-heçə etdikləri ilk matç (1:1) haqqında danışıb. 

Qol.az origo.hu-ya istinadən xəbər verir ki, qolkiper deyib: 

"İkinci hissədə biz daha çox nəticəni qorumağa çalışdıq. Oyun şəraiti ağır, rütubət yüksək idi. Stadion çox gücümüzü aldı. Qarşılaşmada nəticə rəqibin xeyrinə də bitə bilərdi, çünki onların da şansları vardı. Səfərdəki heç-heçədən narazı qala bilmərik. Buraxdığımız qolda bir az bəxtimiz gətirmədi. “Qarabağ”ın yaxşı komanda olduğunu gördük. Bütün bildiklərimiz ikinci oyunda bizə lazım olacaq. Bunu evdə – öz tamaşaçılarımızın qarşısında etmək lazımdır”.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 9-u Budapeştdə olacaq.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner