Maksim Medvedevin son durumu ilə bağlı açıqlama

Maksim Medvedevin son durumu ilə bağlı açıqlama
XƏBƏR 3 Avqust 2022 / 23:12 7798
-  A +

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın kapitanı Maksim Medvedevin zədəsi haqda danışıb.

Qol.az xəbər verir ki, o, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Ferentsvaroş”la ilk oyundan (1:1) sonra mətbuat konfransında deyib: "Maksimin cavab matçında oynayıb-oynamayacağını hələ bilmirik. Zədəsi elədir ki, nə vaxta bərpa olunacağını demək çətindir".

Qeyd edək ki, bu komandalar arasında avqustun 9-da Budapeştdə keçiriləcək cavab qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xatırladaq ki, M.Medvedev zədə səbəbindən "Ferentsvaroş"la ilk görüşü buraxıb.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner