"Rapid"in futbolçusu: "Neftçi"nin bütün oyunçuları güclüdür"

"Rapid"in futbolçusu: "Neftçi"nin bütün oyunçuları güclüdür"
XƏBƏR 3 Avqust 2022 / 20:44 2600
-  A +

"Rapid"in (Avstriya)  futbolçusu Kevin Vimer Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi" ilə sabah Bakıda keçirəcəkləri ilk matç barədə fikirlərini bölüşüb. 

Qol.az xəbər verir ki, o, görüşdən əvvəl təşkil olunan mətbuat konfransında deyib: "Neftçi"nin bütün oyunçuları güclüdür. Mən tək hücumçuların adlarını çəkməzdim. "Aris"lə cavab oyununda "Neftçi"nin bütün heyətinin kollektiv futbol oynadıqlarını gördük. Düşünürəm ki, bu komanda kollektiv futbol oynayır". 

28 yaşlı mərkəz müdafiəçisi konfransda bunu da qeyd edib ki, "Turan Tovuz"un yeni transferi, "Tottenhem"in yetirməsi Natan Oduvanı tanıyır:  "Bəli, mən 2015-2017-ci illərdə "Totenhem"də oynamışam. Onun Azərbaycanda oynadığını sizdən eşidirəm. Mən London klubunda oynayarkən Natan Oduva gənc idi və əsas heyətdə çıxış etmirdi".

Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Rapid" görüşü saat 21:00-da başlayacaq. Bu komandalar arasında cavab qarşılaşması avqustun 11-i Avstriyada olacaq.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner