"Qarabağ"ın sabiq futbolçusu 43 yaşında vəfat etdi

"Qarabağ"ın sabiq futbolçusu 43 yaşında vəfat etdi
XƏBƏR 3 Avqust 2022 / 14:36 8645
-  A +

Latviya millisinin məşhur oyunçularından olmuş, bir vaxtlar Azərbaycanda “İnter” (hazırkı “Şamaxı"), “Qarabağ” və "Simurq"da çıxış edən Andrey Rubins vəfat edib.

Qol.az xəbər verir ki, bu barədə Latviya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

43 yaşlı keçmiş yarımmüdafiəçi bu gün qəflətən dünyasını dəyişib. Onun ölüm səbəbi haqda hələlik məlumat verilməyib.

Qeyd edək ki, Andrey Rubins Latviya millisində ən çox oyun keçirən (117 matç) iki futbolçudan biridir. O, “Avro-2004”ün final mərhələsinin iştirakçısı olub.

Rubins 4 il müddətində Azərbaycanda çıxış edib. O, “İnter” (2008-2010), “Qarabağ” (2010-11) və “Simurq”da (2011-2012) oynayıb. 2012-ci ildə karyerasını başa vurub.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner