"Barselona"nın hücumçusu qərarını verdi

"Barselona"nın hücumçusu qərarını verdi
XƏBƏR 3 Avqust 2022 / 09:29 4400
-  A +

"Barselona"nın futbolçusu Martin Breytveyt klubdakı gələcəyi ilə bağlı qərarını verib.

Qol.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb. 31 yaşlı hücumçu müqaviləsinin sonuna kimi klubda qalmaq istəyir.

Danimarka millisinin də üzvü olan Martinin "Barselona" ilə daha iki illik müqaviləsi var. Üstəlik o, klubdan pulsuz və ya az bir məbləğlə ayrılmağı planlaşdırmır. Martin müqavilədə nəzərdə tutulan məbləğin tam ödənilməsini tələb edir. Forvard ona lazım olan bütün pulu almaq üçün sona qədər razılaşma üzərində işləməyə qərarlıdır.

Qeyd edək ki, Martin 2020-ci ilin fevralında "Barselona"ya keçib. O vaxtdan bəri bütün yarışlarda 57 matçda 10 qol vurub və 5 qolun ötürməsini verib.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner