"Ferentsvaroş"un futbolçusu Kristofer Zakariassen Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri oyunlar haqda fikirlərini bölüşüb.
Qol.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi nemzetisport.hu-a müsahibəsində Ağdam təmsilçisi ilə matçlarda diqqətli oynamalı olduqlarını deyib: "Qarabağ"ı kifayət qədər analiz etmişik. Mən saata baxmadım. Amma peşəkar məşqçilər əvvəllər olduğu kimi bu dəfə də bizə çoxlu məlumat verdilər. Bilirik ki, Azərbaycan çempionu əsasən hücum futbolu oynayır, müdafiə olunmağı sevmir. Onlar qol vəziyyətləri yaradanda, irəli gedəndə, matça nəzarət edəndə oyundan həzz alırlar. Diqqətimizi cəmləməliyik ki, çərşənbə günü "Qarabağ" öz oyununu bizə qəbul etdirməsin. Əvvəllər Azərbaycanda olmamışam, ilk dəfədir ki, ora gedirəm. İnanıram ki, evə xoş xatirələrlə qayıdacağam".
Kristofer Bakıdakı ilk matçda "Qarabağ"ın irəliyə atılacağını və hücum futbolu oynayacağını gözlədiyini bildirib: "Mən rəqibin geri çəkiləcəyini düşünmürəm. Mərhələnin ilk oyununu evdə keçirirlər. Yəqin ki, tribunada çoxlu tamaşaçı olacaq. Dediyim kimi, rəqib güclü hücumlar qurur. Azərbaycan klubu başqa taktika seçsəydi, təəccüblənərdim. Onların baş məşqçisi 2008-ci ildən bu komandanı çalışdırır. Ona görə də o, komandanı və mühiti mükəmməl bilir. Futbolçular peşəkar məşqçi heyətinin onlardan nə gözlədiyini bilirlər".
Norveçli futbolçu "Qarabağ"ın 9 dəfə Azərbaycan Premyer Liqasının qazanmasının təsadüfi olmadığını deyib: "Qarabağ" müasir üslubda futbol oynayır. “Qarabağ”ın 9 qat ölkə çempionu olması təsadüfi deyil. Son çempionatda komanda cəmi bir dəfə məğlub olub və cəmi 13 qol buraxıb. Biz isə irəliləmək üçün əlimizdən gələni etməliyik".
Kristofer Bakıda qalib gəlmək istədiklərini söyləyib: "Öz futbolumuzu oynaya bilsək, əlbəttə ki, heç-heçə bizi qane etməyəcək. Oyunu səbirsizliklə gözləyirik. Özümüzə inamımız da yerindədir".
Qeyd edək ki, “Qarabağ”la “Ferentsvaroş” arasında ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə oynanılacaq. Bu qarşılaşmaya isə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.
Qattuzo qovulacaq
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...
İraqda milli komandaya görə 2 gün iş olmayacaq
Ançelotti Modriçə: "Sənin braziliyalı baban var?"
Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
"Oyunçularıma dedim ki, gedin və əylənin"