"Bavariya"dan "Barselona"ya keçən Robert Levandovski sabiq klubu ilə vidalaşıb.
Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı hücumçu bu gün səhər klubun bazasına gedib. O, əvvəlcə “Bavariya”nın soyunub-geyinmə otağına baş çəkib və keçmiş komanda yoldaşları ilə vidalaşıb. Levandovski klubun məşqçiləri və fizioterapevtləri ilə də söhbət edib.
Bundan sonra polşalı forvard "Bavariya"nın idman direktoru Hasan Salihamidziç ilə təkbətək söhbətləşib. O, bunun ardından klubun baş direktoru Oliver Kan ilə danışıb. Robert "Bavariya"nın muzeyini də ziyarət edib.
Xəbərdə o da qeyd olunub ki, Levandovski "Bavariya"nın bazasını tərk edərkən, girişdə dayanan bir neçə azarkeş "Hala Madrid" deyə qışqırıb. Buna cavab olaraq futbolçu əlini maşının pəncərəsindən çıxarıb və baş barmağını yuxarı qaldıraraq "əla" işarəsi göstərib.
Qeyd edək ki, Levandovski "Barselona" ilə 4 illik müqavilə imzalayıb.
Qattuzo qovulacaq
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...
İraqda milli komandaya görə 2 gün iş olmayacaq
Ançelotti Modriçə: "Sənin braziliyalı baban var?"
Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
"Oyunçularıma dedim ki, gedin və əylənin"