"Azərbaycan millisində oynayıb-oynamamaqla bağlı qərar verməmişəm"

"Azərbaycan millisində oynayıb-oynamamaqla bağlı qərar verməmişəm"
XƏBƏR 1 Avqust 2022 / 23:06 6310
-  A +

"Torpedo"nun (Rusiya) hücumçusu David Qarayev Azərbaycanın əsas millisində oynamaq ehtimalından danışıb.

Qol.az xəbər verir ki, bu barədə o, "Sport24.ru" saytına müsahibəsində bildirib. 27  yaşlı oyunçu bu məsələ ilə bağlı qərar vermədiyini bildirib: 

"Azərbaycanın gənclər yığmasında oynamışam. Orada qohum-əqrəba yoxdur. Sadəcə, o vaxt bir çox əcnəbi futbolçuya Azərbaycan pasportu verilirdi. Mən AFFA-dan zəng edib dedilər ki, "1995-ci il təvəllüdlü oyunçuların komandasını yığırıq, gəl". Amma sonra pasportumdan imtina etməli oldum. Çünki limitə görə Rusiyada oynamaq çətin idi. Azərbaycan və ya Rusiya millisində oynamaqla bağlı hələ qərar verməmişəm".

Qeyd edək ki, David Qarayev 2013-cü ildə 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində çıxış edib.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner