"Neftçi" ilə oyunlar üçün iştirak ərizəsini açıqladılar

"Neftçi" ilə oyunlar üçün iştirak ərizəsini açıqladılar
XƏBƏR 1 Avqust 2022 / 18:00 1840
-  A +

"Neftçi"nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Rapid" (Vyana, Avstriya) Bakı təmsilçisi ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Qol.az Avropanın ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, tərkibdə 24 futbolçu yer alıb. Vyana təmsilçisinin baş məşqçisi Ferdinand Feldhofer 2 qapıçı, 7 müdafiəçi, 10 yarımmüdafiəçi, 5 hücumçuya ehtiyac duyub.

Qapıçılar: 21. Bernhard Unger, 25. Paul Qartler

Müdafiəçilər: 4. Emanuel Ayvu, 6. Kevin Vimmer, 17. Kristofer Diban, 19. Mixael Sollbauer, 20. Maksimilian Hofmann, 22. Martin Kostselnik (Slovakiya), 23. Yonas Auer

Yarımmüdafiəçilər: 5. Roman Kerşbaum, 7. Nikolas Gerrit-Kün, 8. Kristof Knasmüllner, 13. Torsten Şik, 14. Aleksa Peyiç (Serbiya), 16. Deyan Petroviç (Sloveniya), 24. Patrik Qrayl, 27. Marko Qrüll, 29. Ante Bayiç, 42. Lion Şuster

Hücumçular: 9. Qvido Burqştaller, 18. Oliver Ştrunts, 38. Ferdi Dreyf (Niderland), 39. Rene Krivak, 41. Bernhard Zimmerman

Qeyd edək ki, "Neftçi" və "Rapid" arasında ilk oyun avqustun 4-də Bakıda, cavab matçı isə avqustun 11-də Vyanada keçiriləcək.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner