“Beşiktaş”dan ayrıldı, 3-cü liqa klubuna keçdi

“Beşiktaş”dan ayrıldı, 3-cü liqa klubuna keçdi
XƏBƏR 1 Avqust 2022 / 17:26 4102
-  A +

“Beşiktaş”dan ayrılan niderlandlı yarımmüdafiəçi Cermeyn Lensin yeni klubu müəyyənləşib.

Qol.az xəbər verir ki, 34 yaşlı vinger karyerasını Fransanın 3-cü liqa təmsilçisi “Versal”da davam etdirəcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar.

Qeyd edək ki, Lens “Az Alkmaar”, “Neymegen”, PSV, “Dinamo” (Kiyev), “Sanderlend”, “Fənərbaxça” və “Fatih Karagümrük”ün də formasını geyinib. O, 2018-ci ildən çıxış etdiyi “Beşiktaş”da 101 oyuna 12 qol və 20 məhsuldar ötürmə müəllifi olub.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner