"Ferentsvaroş"da ciddi itki

"Ferentsvaroş"da ciddi itki
XƏBƏR 1 Avqust 2022 / 16:04 5819
-  A +

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq "Ferentsvaroş" oyuna ciddi itki ilə çıxacaq.

Qol.az xəbər verir ki, amerikalı futbolçu Henri Uinqo zədələnib. Bu barədə komandanın baş məşqçisi Stanislav Çerçesov  açıqlama verib. O, yerli çempionatın 3-cü turunda "Puşkaş Akademiyası"na qalib gəldikləri oyundan (1:0) sonra bildirib ki, 27 yaşlı müdafiəçi Bakıda "Qarabağ"la keçiriləcək ilk oyununu buraxacaq.

Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner