Mahirin komandasının oyunu Cüneyt Çakıra tapşırıldı

Mahirin komandasının oyunu Cüneyt Çakıra tapşırıldı
XƏBƏR 1 Avqust 2022 / 14:52 2436
-  A +

Türkiyəli FİFA referisi Cüneyt Çakır UEFA-dan növbəti dəfə təyinat alıb. 

Qol.az xəbər verir ki, o, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Lüdoqorets" (Bolqarıstan)  və "Dinamo" (Zaqreb, Xorvatiya) arasında ilk görüşü idarə edəcək. Ona yan xətt hakimləri qismində Kerem Ersoy və Alpaslan Dedeş köməklik göstərəcəklər. Dördüncü hakim fünksiyasını Yaşar Kemal Uğurlu olacaq. 

Sabah "Ludoqorets Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. 

Qeyd edək ki, Azərbaycan millisinin üzvü Mahir Emreli də "Dinamo"nun formasını geyinir.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner