"Qarabağ"ın rəqibi qalib gəldi

"Qarabağ"ın rəqibi qalib gəldi
XƏBƏR 1 Avqust 2022 / 09:00 4845
-  A +

"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Ferentsvaroş" Macarıstan liqasında yeni mövsümün ilk oyununa çıxıb. 

Qol.az xəbər verir ki, komanda "Puşkaş Akademiyası"nı qəbul edib. Matç "Ferentsvaroş"un 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyundakı yeganə qolu 90+4-cü dəqiqədə Kristof Zakariassen vurub.

Qeyd edək ki, “Qarabağ”la “Ferentsvaroş” arasında ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə oynanılacaq. Bu qarşılaşmaya da yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) start veriləcək.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner