Azərbaycan millisi Avropa çempionatının bürünc medalını qazandı

Azərbaycan millisi Avropa çempionatının bürünc medalını qazandı
XƏBƏR 31 İyul 2022 / 21:48 2775
-  A +

Azərbaycanın 18 yaşadək basketbolçulardan ibarət milli komandası Avropa çempionatının bürünc medalını qazanıb.

Qol.az xəbər verir ki, San Marinoda təşkil olunan Avropa çempionatının C divizionunda U-18 yığmamız 3-cü yer uğrunda görüşə çıxıb. Qrupda məğlub etdiyi Lüksemburq seçməsi ilə qarşılaşan milli gərgin mübarizə şəraitində keçən görüşdə rəqibinə qalib gəlməyi bacarıb. 

Tahir Baxşıyev və Anar Sarıyevin komandası əlavə vaxta gedən oyunun yekununda 78:73 hesabı ilə üstün olaraq Avropa çempionatının bürünc medallarını əldə edib.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner