Mahir Emreli yenidən sıradan çıxdı

Mahir Emreli yenidən sıradan çıxdı
XƏBƏR 31 İyul 2022 / 11:59 9221
-  A +

Zaqreb "Dinamo"sunda çıxış edən millimizin üzvü Mahir Emreli yenidən sıradan çıxıb.

Qol.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, o, Xorvatiya çempionatının 3-cü turunda "İstra 1961"ə 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra belində olan ağrıları yenidən hiss edib. Bu səbəbdən onun Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Bolqarıstan "Ludoqorets"i ilə ilk oyunu buraxacağı bildirilib.

Qeyd edək ki, M.Emreli "İsrta 1961" ilə görüşlə yenidən yaşıl meydanlara qayıtmışdı. O, sözügedən qarşılaşmada komandasının 4-cü qolunun müəllifi olmuşdu.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner