Güləşçilərimiz 2 qızıl medal qazandı

Güləşçilərimiz 2 qızıl medal qazandı
XƏBƏR 30 İyul 2022 / 22:56 2069
-  A +

İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir.

Qol.az xəbər verir ki, bu gün sərbəst güləşçilərimiz 2 qızıl medal qazanıb. Vasif Bağırov (48 kq) qazaxıstanlı Ramil Rassim (11:0) və hindistanlı Kumar Lalitə (7:4) qalib gələrək finala yüksəlib. Həlledici görüşdə amerikalı Kastilyonu 5:3 hesabıyla üstələyən Vasif dünya çempionu olub.

İlyas İsayev (65 kq) iranlı Məhəmməd Mamivand (3:0), türkmənistanlı Alp Arslan Beqenyov (5:2), qazaxıstanlı Aikin Bolatuli (8:4) və gürcüstanlı Qoqa Otunaşvili (8:4) üzərində qələbə qazanaraq finala adlayıb. İlyas həlledici görüşdə amerikalı Tayler Kasaka 5:3 hesabıyla qalib gələrək dünya çempionu olub.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner