16-cı Avropa Gənclərin Yay Olimpiya Festivalında (EYOF) cüdo idman növü üzrə qızlardan və oğlanlardan ibarət qarışıq komanda yarışları keçirilib.
Qol.az xəbər verir ki, qarışıq komanda yarışında qızlar -52 kq., -63 kq. və +63 kq. çəki dərəcələrində, kişilər isə -66 kq., -81 kq. və +81 kq. çəki dərəcələrində mübarizə aparıblar. Komandamızın heyətində 4 qız və 6 oğlan cüdoçu yer alıb.
Qızlar arasında -52 kq. çəkidə Könül Əliyeva və Aydan Vəliyeva, -63 kq. çəkidə Fidan Əlizadə, +63 kq. çəkidə Nigar Süleymanova, oğlanlar arasında isə -66 kq. çəkidə Nurlan Kərimli və Eltac Yusifli, -81 kq. çəkidə Qadir Hüseynov və İsmayıl Zamanov, +81 kq. çəkidə Əjdər Bağırov və Kənan Nəsibov güclərini sınayıb.
Azərbaycan yığma komandası yarımfinalda Fransa millisini 4:3 hesabı ilə məğlub edərək finala yüksəlib. Cüdoçularımız finalda Ukrayna millisini 4:0 hesabı ilə məğlub edərək möhtəşəm qələbə qazanıb.
Qeyd edək ki, komandamız fərdi yarışlarda 1 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb. İdmançılarımız EYOF 2022-də ümumilikdə cüdo üzrə 2 qızıl, 4 gümüş və 2 bürünc medala sahib olub.
Qattuzo qovulacaq
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...