Zaqreb "Dinamo"sunda (Xorvatiya) çıxış edən millimizin üzvü Mahir Emreli Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Şimali Makedoniya "Şkupi"si ilə bu gün keçiriləcək cavab oyununu da buraxacaq.
Qol.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, zədəsi hələ də sağalmayan 25 yaşlı hücumçu sözügedən görüş üçün heyətdən kənarda qalıb. Mahirlə yanaşı, digər zədəlilər Yosip Şutalo və Marko Bulat, həmçinin yeni sağalmış Bosko Şutalo da səfər oyunu öncəsi Zaqrebdə qalıblar.
Qeyd edək ki, "Şkupi" - "Dinamo" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında ilk görüş 2:2 hesabı ilə başa çatıb.
Xatırladaq ki, M.Emreli zədə səbəbindən "Şkupi" ilə ilk oyunu da buraxmışdı.
Buffon da istefa verdi
Qattuzo qovulacaq
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək