"Zirə"nin əsas komandasına cəlb olundu, yığmanın düşərgəsindən ayrıldı

"Zirə"nin əsas komandasına cəlb olundu, yığmanın düşərgəsindən ayrıldı
XƏBƏR 26 İyul 2022 / 11:05 1912
-  A +

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub. 

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Zirə”nin qapıçısı Səlim Həşimov UEFA Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində İsraildə keçiriləcək “Makkabi” (Təl-Əviv) – “Zirə” oyunu üçün əsas komandayə cəlb olunduğundan millinin düşərgəsini tərk edib. 

Onun yerinə “Turan Tovuz”dan Ümid Cəfərov heyətə cəlb edilib.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner