UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Fehervar"la ilk matçda zədələnən "Qəbələ"nin futbolçusu İlkin Qırtımov komanda ilə məşqlərə başlayıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, dünən fərdi hazırlıq keçən müdafiəçi bu gündən kollektiv çalışmalarda iştirak edir.
Digər zədəlilər - Urfan Abbasovla Gülağa Əsədov proqram üzrə bərpa prosesi keçir. Yaovi Akakpo isə əməliyyat sonrası müalicəsini davam etdirir.
Xatırladaq ki, İ.Qırtımov "Fehervar"a 1:4 hesabı ilə uduzduqları səfər matçının ilk hissənin sonlarına yaxın ciddi zədə alıb. Ağrıdan şoka düşən futbolçunun dili qatlanıb. Bu zaman ona ilk yardımı kapitan Asif Məmmədov edib. Meydanı xərəkdə tərk edən Qırtımov daha sonra ambulansla xəstəxənaya aparılıb və bir neçə saat həkim nəzarətində qalıb.
Buffon da istefa verdi
Qattuzo qovulacaq
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək