Basketbol millimiz Avropa çempionatına qələbə ilə başladı

Basketbol millimiz Avropa çempionatına qələbə ilə başladı
XƏBƏR 25 İyul 2022 / 16:44 1994
-  A +

Basketbol üzrə Azərbaycanın U-18 milli komandası Avropa çempionatına qələbə ilə başlayıb.

Qol.az xəbər verir ki, San Marinoda gənclər arasında təşkil olunmuş Avropa çempionatının "C" divizionunda B qrupunda U-18 komandası ilk görüşünə çıxıb.

Lüksemburq seçməsi ilə qarşılaşan Azərbaycan yığması gərgin mübarizə şəraitində keçən görüşdən 75:71 hesablı qələbə ilə ayrılıb.

Milli komandanın qrupdakı növbəti rəqibi Cəbəllüttariq komandası olacaq. Oyun 26 iyul Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner