“Sürix”in məşhur futbolçusu “Qarabağ”la oyunu buraxa bilər

“Sürix”in məşhur futbolçusu “Qarabağ”la oyunu buraxa bilər
XƏBƏR 25 İyul 2022 / 13:58 5665
-  A +

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan İsveçrə “Sürix”inin yarımmüdafiəçisi Blerim Cemayli zədələnib.

Qol.az xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında komandanın baş məşqçisi Franko Foda deyib.

O, 36 yaşlı yarımmüdafiəçinin ölkə çempionatının 2-ci turunda “Lütsern”lə qarşılaşmada ayağından xəsarət aldığını bildirib. Foda Cemayinin “Qarabağ”la cavab matçında iştirakının sual altında olduğunu deyib. 

Qeyd edək ki, “Qarabağ”la “Sürix” arasında iyulun 27-də “Letsiqrund” stadionunda keçiriləcək cavab oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüşdə "Qarabağ" 3:2 hesablı qələbə qazanıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner