Məhəmməd Əlinin çempionluq kəməri satıldı

Məhəmməd Əlinin çempionluq kəməri satıldı
XƏBƏR 25 İyul 2022 / 12:37 3039
-  A +

Dünyaca məşhur mərhum boksçu Məhəmməd Əlinin 1974-cü ildə "Rumble in the Jungle" görüşündə Corc Formanı məğlub edərək qazandığı ağır çəkidə çempionluq kəməri satılıb. 

Qol.az xəbər verir ki, kəmər hərracda 6,18 milyon dollara alınıb. O, Amerika futbolu klubu "İndianapolis Colts"un sahibi Cim İrseyə satılıb. Funksioner bu haqda öz sosial çəbəkə hesablarında paylaşım edərək kəməri aldığı üçün qürur duyduğunu bildirib. 

Kəmər avqustun 2-si Çikaqodakı "Nevi Pyer"də, sentyabrın 9-u isə "İndanapolis"də sərgilənəcək. 

Qeyd edək ki, Məhəmməd Əli 2016-cı ildə vəfat edib.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner