"Sürix"in futbolçusu "Qarabağ"la oyun haqda - "Fərqli olacaq"

"Sürix"in futbolçusu "Qarabağ"la oyun haqda - "Fərqli olacaq"
XƏBƏR 25 İyul 2022 / 11:20 7663
-  A +

İsveçrə "Sürix"inin futbolçusu Blerim Cemayli Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"la evdə keçirəcəkləri cavab matçı barədə danışıb. 

Qol.az blick.ch-a istinadən xəbər veri ki, 36 yaşlı yarımmüdafiəçi deyib: "Çempionlar Liqası hamımızın ağlındadır. Komandamızda bu turnirdə çıxış etməyən oyunçular çoxdur. Qrup mərhələsinə vəsiqə qazanmaq hər kəsin arzusudur. Cavab matçı fərqli olacaq. Bu dəfə evdə oynayacağıq və böyük inamla meydana çıxacağıq". 

Qeyd edək ki, "Sürix" - "Qarabağ" görüşü iyulun 27-si Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Komandalar arasında Bakıda keçirilən ilk matçda Ağdam təmsilçisi 3:2 hesablı qələbə qazanıb.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner