Laporta, Peres və Anyelli ABŞ-da görüşdülər

Laporta, Peres və Anyelli ABŞ-da görüşdülər
XƏBƏR 25 İyul 2022 / 09:00 2246
-  A +

“Real”, “Barselona” və “Yuventus”un prezidentləri ABŞ-da bir araya gələrək nahar ediblər.

Qol.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. Florentino Peres, Joan Laporta və Andrea Anyelli arasında görüş Las-Veqasdakı "Four Seasons" otelində baş tutub.

Qeyd etmək lazımdır ki, Avropa Superliqası layihəsindən heç vaxt ayrılmayan və turnirə başlamaq planlarından əl çəkməyənlər də məhz bu "3-lük"dür. 

Həmçinin "Real", "Barselona" və "Yuventus" ABŞ-da keçirilən "Soccer Champions Tour 2022"də iştirak edirlər.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner