De Brüyne: "Millətlər Liqasının əhəmiyyəti yoxdur"

De Brüyne: "Millətlər Liqasının əhəmiyyəti yoxdur"
XƏBƏR 30 May 2022 / 14:35 1786
-  A +

"Mançester Siti"nin və Belçika millisinin futbolçusu Kevin de Brüyne Millətlər Liqasını vacib turnir hesab etmir. 

Qol.az xəbər verir ki, yarımmüdafiəçi bu barədə "Le Soir"ə açıqlamasında danışıb. O deyib:

“Mən Millətlər Liqasını səbirsizliklə gözləmirəm. Çünki bu rəqabətin əhəmiyyəti yoxdur. Əslində Millətlər Liqasının matçları yoldaşlıq oyunlarıdır. Hər kəs uzun və çətin bir mövsüm keçirdi, amma şikayət etmək faydasızdır. Oyunçular olaraq, bir az dincəlmək istəsək də, bununla bağlı edə biləcəyimiz heç nə yoxdur. Beləliklə, biz gedəcəyik və meydanda işimizi görəcəyik. 

Qeyd edək ki, Belçika yığması Millətlər Liqasında ilk oyununu iyunun 3-ü Niderlanda qarşı keçirəcək. 


Son xəbərlər
topaz banner