PSJ-nin futbolçusu Neymar komanda yoldaşı Lionel Messi haqqında danışıb.
Qol.az "Canal+"a istinadən xəbər verir ki, braziliyalı hücumçu deyib:
“Leo uzun illərini “Barselona”da keçirib. Buna görə də PSJ-yə uyğunlaşmaq, komandaları və şəhərləri dəyişmək onun üçün çətindir. Üstəlik, Messi tək yox, ailəsi ilə gəlib. Dili də fərqlidir. Qarışıq olan çox şey var. PSJ-nin də öz oyun tərzi var və futbolçular Messinin necə oynadığını anlamırlar. Leo, Kilian və mən həmişə performanslarına, statistikasına, titullarına, hər şeyinə görə qiymətləndirilən futbolçularıq. Biz öz öhdəliklərimizi bilirik və buna görə də həmişə əlimizdən gələni etməyə çalışırıq".
Qeyd edək ki, Messi 2021-ci ilin yayında "Barselona"dan azad agent kimi ayrılıb və PSJ-yə keçib. O, 2021/22 mövsümündə bütün yarışlarda 34 oyun keçirib, 11 qol vurub və 14 qol ötürməsi verib. Neymar isə 2017-ci ildə Kataloniya klubundan 222 milyon avro qarşılığnda Paris təmsilçisinə transfer olunub.
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu